"Sabah" klubu növbəti yoxlama oyununu keçirəcək

Futbol
  • 15 iyul, 2023
  • 06:05
Sabah klubu növbəti yoxlama oyununu keçirəcək

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama oyununu keçirəcək.

"Report" xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gələcək.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.

44 filmi