"Sabah" "Keşlə"ni minimal hesabla məğlub edib - VİDEO

Futbol
  • 12 avqust, 2018
  • 19:09
Sabah Keşləni minimal hesabla məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun üçüncü oyunu keçirilib

"Report" xəbər verir ki, həftənin son matçında ötən mövsüm Azərbaycan Kubokunun qalibi olan "Keşlə" debütant "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45+2-ci dəqiqədə penaltidən Marko Deviç vurub.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Sumqayıt" 2:0, "Qəbələ" isə evdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib. Açılış həftəsinin "Qarabağ" - "Zirə" matçı isə təxirə salınıb.

"Sabah" "Keşlə"ni minimal hesabla məğlub edib - VİDEO