"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib

Futbol
  • 18 iyun, 2025
  • 16:18
Sabahın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə (Sloveniya) məğlub olacağı təqdirdə "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə görüşəcək.

Bu cütdə UEFA Konfrans Liqasına düşəcək komanda ilk oyununu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də oynanılacaq.

Qeyd edək ki, paytaxt təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

44 filmi