"Sabah"ın futbolçusu: "Uşaq səhvlərindən qollar buraxdıq"

Futbol
  • 05 noyabr, 2018
  • 11:00
Sabahın futbolçusu: Uşaq səhvlərindən qollar buraxdıq

Qəbələ. 5 noyabr. REPORT.AZ/ "Ağır oyun oldu. Bura xal və xallar qazanmaq üçün gəlmişdik. “Qəbələ”nin ilk dəqiqələrdən hücum futbolu oynayacağını bilirdik. Görüşün əvvəllərində buraxdığımız qollar oyuna təsir etdi. İkinci hissədə yaxşı çıxış etsək də, qollardan birinin əvəzini çıxa bildik. Növbəti qarşılaşmalarda səhvlərimizi düzəldib daha yaxşı nəticələr qazanmağa çalışacağıq".

Bunu "Sabah" klubunun futbolçusu Məmmədov Novruz səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra "Report"un Şirvan bürosunun görüşə ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

28 yaşlı müdafiəçi uşaq səhvlərindən qollar buraxdıqlarını söyləyib: “Rəqibin oyuna başlayan kimi hücum edəcəyini gözləyirdik. Buna da hazırlaşmışdıq. Uşaq səhvlərindən qollar buraxdıq. Bura əllərimizi yanımıza salıb gəlməmişdik. Amma alınmadı. Səhvlərimiz var, onların üzərində işləyəcəyik".

N.Məmmədov təkcə müdafiə xəttinin yox, bütün komandanın səhvlərə yol verdiyini vurğulayıb: "Oyunçular arasında anlaşılmazlıq oldu. Bu, hamının səhvidir. Səhvsiz futbol olmur".

Qeyd edək ki, Novruz Məmmədov "Qəbələ" ilə səfər matçında sonadək meydanda olub. 

44 filmi