“Sabah”ın futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
Futbol
- 27 noyabr, 2023
- 07:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sabah”ın futbolçusu Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın XIV turuna təsadüf edib.
28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyətində çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb.
Namik Premyer Liqada 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edib. Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib.
Qeyd edək ki, Namik Ələskərov Azərbaycan çempionatları tarixində 200 və daha çox görüşə çıxan 148-ci futbolçudur.
Son xəbərlər
05:55
NYT: ABŞ Maliyyə Nazirliyinin rəhbəri İranın hədələrinə görə hərbi bazaya köçüb
Digər ölkələr
05:30
Litvada naməlum obyektə görə iki hava limanının işi məhdudlaşdırılıb
Digər ölkələr
04:51
ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb
Digər ölkələr
04:20
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Digər ölkələr
04:06
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
Digər ölkələr
03:42
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Digər ölkələr
03:21
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
Region
03:17
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
Digər ölkələr
02:41
Ukrayna Prezidenti: Rusiya Əbu-Dabi danışıqlarında Donbasdakı vəziyyəti təhrif edib
Digər ölkələr