"Sabah" gürcüstanlı hücumçu ilə müqavilə bağlayıb

Futbol
  • 04 avqust, 2021
  • 13:10
Sabah gürcüstanlı hücumçu ilə müqavilə bağlayıb
Mixeil Erqemlidze

Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Mixeil Ergemlidzeni transfer edib. 22 yaşlı forvardla 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Tbilisi "Dinamo"sunun yetirməsi olan Ergemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, ölkəsinin “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında da çıxış edib.

44 - Tezliklə