“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub
Futbol
- 24 sentyabr, 2024
- 06:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sabah” klubu Azərbaycan çempionatlarında 250-ci qolu vurub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib.
Bakı derbisində “Səbail”lə görüşən “Sabah” səfərdə 4:2 hesablı qələbə qazanıb. Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb. Bu topa Pavol Şafranko penaltidən imza atıb.
Qeyd edək ki, “Sabah” komandası 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub. O, “Keşlə” ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb – 1:0.
Son xəbərlər
13:10
Foto
Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Fərdi
13:10
EMTA rəsmisi: "Tarif məsələsində manipulyasiyaların qarşısının alınması mühüm əhəmiyyət kəsb edir"
Energetika
13:09
"Discover the World" Belçika və Niderlandda "Azərbaycan Hava Yolları"nın rəsmi nümayəndəsi təyin edilib
İnfrastruktur
13:08
Foto
Şura: İranın "Səhər" kanalı Türkiyədəki görüntüləri Azərbaycanla əlaqələndirərək ictimai rəyi çaşdırır
Media
13:04
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
12:59
Foto
AFFA "Şəfa"nın aşağı yaş qruplarına danışılmış oyunlarla bağlı sessiya keçirib
Futbol
12:57
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
İnfrastruktur
12:52
AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur
Maliyyə
12:52
Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Ekologiya