Ruslan Abışov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək

Futbol
  • 05 mart, 2017
  • 15:28
Ruslan Abışov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək

Bakı. 5 mart. REPORT.AZ/ “Neftçi”nin futbolçusu Ruslan Abışov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb R. Abışovun zədəli olmasıdır.

Belə ki, o, zədə səbəbindən Qətərlə yoldaşlıq görüşünə aparılmayacaq.

Qeyd edək ki, oyun martın 9-da Doha şəhərində olacaq.

44 - Tezliklə