Rusiya millisi oyun keçirmədən FIFA reytinqində irəliləyib

Futbol
  • 23 iyun, 2022
  • 11:20
Rusiya millisi oyun keçirmədən FIFA reytinqində irəliləyib

Futbol üzrə Rusiya milli komandası son aylarda heç bir rəsmi oyun keçirmədən FIFA reytinqində 1 pillə irəliləyib.

"Report"un məlumatına görə, buna Misir yığmasının ardıcıl məğlubiyyətləri səbəb olub. Sözügedən komandanın 8 pillə geriləməsi Valeri Karpinin baş məşqçi olduğu kollektivin 1493 xalla 34-cü sıraya yüksəlməsi ilə nəticələnib.

Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmaları və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan millisi FIFA-nın son reytinqdə 1127 xalla 128-ci sırada qərarlaşıb.