Rüfət Dadaşovun komandasının oyunu yarımçıq dayandırıldı
Futbol
- 01 oktyabr, 2020
- 11:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun Milli Futbol Liqasının (USL) XV turunda "San-Dieqo Loyal"la səfər oyunu yarımçıq dayandırılıb.
"Report" xəbər verir ki, birinci hissənin əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Kollin Martin qırmızı vərəqə aldığı üçün komandalar ikinci hissədə meydana çıxamayıblar.
Görüşün homofobiya söhbətinə görə dayandırıldığı bildirilib. Hələlik oyun və komanda ilə bağlı hansı qərarın veriləcəyi bilinmir. İlk hissədən sonra hesab "San-Dieqo Loyal" komandasının xeyirinə olub - 3:1.
Qeyd edək ki, Rüfət Dadaşov bu matçda meydana start heyətində çıxmayıb. 29 yaşlı hücumçunun aktivində 11 qol var.
Son xəbərlər
13:16
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib
Formula 1
13:16
Elene Qubianuri: "Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıyıq"
ASK
13:15
BMT sammitinin iştirakçıları Bakıda dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər
İKT
13:15
ƏƏSMN 10 ayda 170 minə yaxın şəxsin işlə təmin olunmasına yardım göstərib
Maliyyə
13:15
Azərbaycanda maliyyə sanksiyaları və penya üzrə güzəştlər tətbiq edilə bilər
Biznes
13:13
Azərbaycanda vergi güzəşt və azadolmalarının müddətinin uzadılması nəzərdə tutulur
Biznes
13:12
Nazir: "Pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur"
Maliyyə
13:11
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Biznes
13:09
DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır
Maliyyə