Ronaldunun komandası Asiya Çempionlar Liqasının finalına yüksələ bilməyib
- 01 may, 2025
- 03:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiyanın "Kavasaki" klubuna 2:3 hesabı ilə uduzub.
"Report"un məlumatına görə, Ronaldo bütün matçı meydanda qol vurmadan keçirib.
“Kavasaki” finalda Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Əhli” ilə qarşılaşacaq. Qarşılaşma mayın 3-də Ciddədə baş tutacaq.
Qeyd edək ki, 2024/2025 mövsümündə Asiya Çempionlar Liqası yeni formatda keçirilir. Turnirin ümumi mərhələsində İraq, İran, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Özbəkistan, Avstraliya, Çin, Malayziya, Tailand və Cənubi Koreyadan ümumilikdə 24 komanda Şərq və Qərb regionlarında mübarizə aparıb. Hər regiondan ən yaxşı 8 komanda pley-off mərhələsinə yüksəlib.