Ronaldunun bioloji yaşı açıqlanıb
- 25 noyabr, 2025
- 00:24
Portuqaliya millisinin və "Əl-Nəsr"in 40 yaşlı hücumçusu Kriştianu Ronaldunun bioloji yaşı 28-dir.
"Report" xəbər verir ki, bu barədə "Whoop" "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Artıq futbolçunun özü də bu nəşrə cavab verib. "Məlumatlar yalan deyil", - deyə portuqaliyalı yazıb.
Noyabrın 23-də Ronaldu Səudiyyə Ərəbistanı liqasının matçında karyerasının 954-cü qolunu vurub.
Ronaldu milli komandaların, Avropa çempionatlarının və Çempionlar Liqasının bütün zamanların ən yaxşı bombardiri və rəsmi oyunlarda 900 qol vuran ilk oyunçudur. Portuqaliyalı beş dəfə Çempionlar Liqasının, 2016-cı il Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. Ronaldu 2006-cı ildən 2022-ci ilə qədər ardıcıl beş dünya çempionatında qol vuran yeganə oyunçu olaraq qalır.