Ronaldu yığmadakı qələbələrinin sayına görə Xavini keçdi
Futbol
- 18 noyabr, 2020
- 03:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya yığması Millətlər Liqasının 6-cı turunun matçında Xorvatiya seçməsini məğlubiyyətə uğradıb.
"Report" xəbər verir ki, Spliddə, "Polyud" stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb.
Portuqaliya yığmasının 35 yaşlı hücumçusu Kriştianu Ronaldu milli yığmada 101-ci qələbəsini qazanıb. O, bu göstərici üzrə İspaniya yığmasının keçmiş oyunçusu Xavini ötüb. Xavinin aktivində milli komandada 100 qələbə var.
Daha əvvəl bildirilirdi ki, Ronaldu Avropada milli yığmanın heyətində 100 qələbə matçında iştirak edən 4-cü oyunçu olub. Ondan başqa İspaniya yığmasının üç oyunçusu - Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) bu uğura imza atıblar.
Son xəbərlər
09:13
Heydər Məmmədov: Bakıda keçiriləcək görüşdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq
Hadisə
09:13
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
Futbol
09:11
Buzovnada 4 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Hadisə
09:11
QDTİB-in iştirakı ilə Azərbaycandakı layihələrin dəyəri 700 milyon avronu ötüb
Maliyyə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.10.2026)
Maliyyə
09:05
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.10.2026)
Maliyyə
09:02
FIBA Avropa Kuboku: "Neftçi" növbəti oyununa bu gün çıxacaq
Komanda
08:54
EBRD Azərbaycandakı layihə portfelini cüzi artırıb
Maliyyə
08:44
Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib
Digər ölkələr