Ronaldu: Sağlamlığım imkan verdiyi qədər oynamaq istəyirəm

Futbol
  • 02 noyabr, 2025
  • 22:47
Ronaldu: Sağlamlığım imkan verdiyi qədər oynamaq istəyirəm

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu sağlamlığı imkan verdiyi qədər futbol oynamaq istəyir.

"Report"un məlumatına görə, portuqaliyalı hücumçunun sözlərini Braziliyanın UOL portalı sitat gətirib.

Ronaldu bir gün əvvəl Səudiyyə Ərəbistanı çempionatının "Əl-Feyha" ilə oyununda əlavə vaxtın 14-cü dəqiqəsində penaltidən qələbə qolunu vurub. Matç 2-1 hesabı ilə başa çatıb.

"Şəxsən mənim və bütün komanda üçün inanılmaz axşam idi. Komanda qalib gəldi və mən iki qol vurdum ki, bu da həmişə vacibdir. Həmişə deyirəm: uzunömürlülük yalnız coşqunluqla əldə edilir və coşqunluq məndə qalır. Qol vursam da, vurmasam da, bu mənim həyatımdır və həmişə belə olub. 23-24 illik futbol mənim həyatımdır və buna görə də sağlamlığım imkan verdiyi müddətdə oynamağa davam etmək istəyirəm", - portuqaliyalı bildirib.

Qırx yaşlı Ronaldu Çempionlar Liqasının, Avropa çempionatının beşqat, Millətlər Liqasının ikiqat qalibidir və milli komandasının, Avropa çempionatının, Çempionlar Liqasının, Klublararası Dünya Kubokunun bütün zamanların ən çox qol vuran oyunçusudur. O, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" komandalarında oynayıb və 2022-ci ilin dekabrında "Əl-Nəsr"in heyətində çıxış etməyə başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti