Ronaldu FIFA-nın xüsusi mükafatına layiq görülüb

Futbol
  • 17 yanvar, 2022
  • 19:28
Ronaldu FIFA-nın xüsusi mükafatına layiq görülüb

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu FIFA-nın xüsusi mükafatını alıb.

"Report"un məlumatına görə, 37 yaşlı hücumçu yığmada vurduğu qolların sayına görə bu mükafata layiq görülüb.

Təcrübəli forvard hazırda 111 qolla milli komandada ən çox fərqlənmiş futbolçudur.