Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib
Futbol
- 13 sentyabr, 2022
- 05:01
İngiltərənin "Mançester Yunayted" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından təklif alıb.
"Report" "Mirror"a istinadən xəbər verir ki, adı açıqlanmayan klub 37 yaşlı hücumçuya illik 240 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Lakin portuqaliyalı forvard rədd cavabı verib. Ronaldu təklifi qəbul etsəydi, dünyanın ən çox maaş alan oyunçusu olacaqdı. Təcrübəli hücumçunun az forma şansı qazandığı üçün mövsümün sonunadək "qırmızı şeytanlar"dan ayrılma ehtimalı yüksəkdir.
Daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldunu yerli çempionata gətirmək istədiyini bildirib.
Qeyd edək ki, hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.
Son xəbərlər
17:54
Ötən gün 9 qanunsuz silah aşkarlanıb
Hadisə17:48
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Hadisə17:36
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəlib - YENİLƏNİB-2
Komanda17:30
Türkiyənin Azərbaycana metal ixracından qazancı 3 %-dən çox azalıb
Biznes17:20
Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən məhsulların tanıdılmasıdır
ASK17:11
Video
Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb
Hadisə16:56
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Elm və təhsil16:53
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib
Hadisə16:25
Foto