Ronaldo İspaniyanın "Valyadolid" klubunu alır
Futbol
- 28 avqust, 2018
- 02:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 avqust. REPORT.AZ/ Futbol üzrə Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo İspaniyanın "Real Valyadolid" klubunun alqı-satqısını yekunlaşdırmaq üzrədir.
"Report" "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, sövdələşmənin məbləği 30 milyon avro təşkil edir.
Braziliyalı futbolçu "Valyadolid"in əsas səhmdarı və prezidenti olacaq.
Mənbənin məlumatına görə, sövdələşmə iki və ya üç həftəyə başa çatdırılacaq. Beləliklə klub 25 mln. avroluq borcunu bağlaya biləcək.
"Valyadolid" 2017/18-ci illər mövsümündə İspaniya Primerosuna vəsiqə qazana bilib. Komanda çempionatın birinci turunda səfərdə "Jirona" ilə 0:0-lıq heç-heçə edib, ikinci turda isə öz meydanında "Barselona"ya 0:1 hesabı ilə məğlub olub.
Son xəbərlər
17:13
ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
İKT
17:08
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
17:06
Rafael Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Futbol
17:04
"UN Tourism"in rəsmisi: "Azərbaycanda sağlamlıq turizminin böyük potensialı var"
Turizm
17:04
Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 61 mini ötüb
Maliyyə
17:01
Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır
ASK
16:54
Konqresi uduzan "Tramp"çılar - prezident seçkisində çətinləşəcək qələbə
Analitika
16:53
BP AÇG-də 4D seysmik kəşfiyyatının III mərhələsinə başlamağı planlaşdırır
Energetika
16:53
Foto
Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
Xarici siyasət