Ronaldinyo Qüdsdə futbol akademiyası açıb

Futbol
  • 02 may, 2018
  • 06:40
Ronaldinyo Qüdsdə futbol akademiyası açıb

Bakı. 2 may. REPORT.AZ/ Braziliyalı sabiq futbolçu Ronaldinyo İsrailə səfəri çərçivəsində Qüds şəhərində futbol akademiyası açıb.

"Report"un məlumatına görə, akademiya 6 - 16 yaşlı uşaq və yeniyetmələr üçün yaradılıb. Layihə yayda 100 yeniyetmə ilə fəaliyyətə başlayacaq. Sentyabrda isə təhsil ocağı qapılarını müntəzəm məşğələlər üçün açacaq.

Ronaldinyo daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Cənubi Koreya, Hindistan, ABŞ və Azərbaycanda futbol akademiyasının açıldığını bəyan edib. Lakin Azərbaycanda "Qəbələ" klubunun dəstəyi ilə açıldığı bildirilən akademiya hələ fəaliyyətə başlamayıb.