Roberto Firmino İngiltərə klubuna keçə bilər
Futbol
- 05 yanvar, 2024
- 13:36
Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının futbolçusu Roberto Firmino İngiltərə təmsilçisi "Fulhem"ə keçə bilər.
"Report" "Goal"a istinadən xəbər verir ki, London klubu "Əl-Əhli"də oyun müddətindən narazı olan 32 yaşlı braziliyalını bu qış transfer etməyə hazırdır.
Firmino 2023/24 mövsümündə "Əl-Əhli"nin heyətində bütün yarışlarda 19 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib. Hücumçu son iki ayda komandanın start heyətinə düşə bilməyib.
Qeyd edək ki, Firmino 2015-2023-cü illərdə İngiltərədə "Liverpul"un formasını geyinib. "Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.
Son xəbərlər
10:53
Ramin Məmmədov: İnsanların inancından siyasi məqsədlər üçün istifadə cəmiyyətdə parçalanma yarada bilər
Din10:52
DYP "Formula-1"lə əlaqədər sürücülərə müraciət edib
Daxili siyasət10:41
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Sənaye10:39
Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır
Futbol10:38
Qazaxıstan infrastrukturun inkişafına 6 milyard dollar cəlb etməyi planlaşdırır
Region10:37
İsti Briketlənmiş Dəmir zavodunun təchizatı üçün qaz kəməri əsaslı təmir ediləcək
Sənaye10:37
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 %-ə yaxın artıb
İnfrastruktur10:34
Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib
Hadisə10:33
Foto