Robert Prosineçkinin səhhətində problem yaranıb
Futbol
- 09 yanvar, 2015
- 07:45
Bakı. 9 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
M.Nərimanoğlu bildirib ki, xorvatiyalı mütəxəssisin soyuqdəymə üzündən bədən hərarəti 40 dərəcəyə yüksəlib. Ona görə də R.Prosineçkinin Türkiyənin Antalya bölgəsinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. AFFA rəsmisi baş məşqçinin Türkiyəyə yanvarın 11-də yollanacağını açıqlayıb.
Qeyd edək ki, Robert Prosineçki Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi.
Son xəbərlər
12:04
Kubanıçbek Ömüralıyev Türk dövlətlərinin dini liderlərinin Bakı görüşünü dəyərləndirib
Din12:03
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
Biznes11:57
FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb
Hadisə11:53
Azərbaycanın 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç: "Möhtəşəm iş gördüyümüzə əminəm"
Komanda11:47
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
Digər ölkələr11:46
Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir
Ekologiya11:46
Foto
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
Fərdi11:43
"Bank Respublika" müəllim və həkimlərə nağd kredit üzrə 10 % endirim elan edir
Maliyyə11:40