​Azərbaycan yığmasının futbolçusu Rusiya klubunda baxışdadır

Futbol
  • 10 yanvar, 2015
  • 22:43
​Azərbaycan yığmasının futbolçusu Rusiya klubunda baxışdadır

Bakı. 11 yanvar. REPORT.AZ/ Sankt-Peterburqun “Dinamo” klubunun yarımmüdafiəçiləri Roman Vorobyev və Rizvan Ömərov komandanı tərk ediblər və Orenburqun “Qazovik” kollektivi ilə ilk təlim-məşq toplanışına yollanmaq üzrədirlər.

“Report” “Sportbox.ru”ya istinadən xəbər verir ki, Rusiya yığmasının sabiq oyunçusu Roman Vorobyev artıq komandanın sıralarına qatılsa da, Azərbaycan yığmasının futbolçusu Rizvan Ömərov klubda hələ ki, baxışa dəvət olunub.

Rizvan Ömərov “Dinamo”nun heyətində 16 oyun keçirib və heç birində də fərqlənməyib.