Rəhim Həsənov Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib

Futbol
  • 16 sentyabr, 2026
  • 12:24
Rəhim Həsənov Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının V turunda baş tutan "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında baş hakim Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.

R.Həsənov FIFA referisini matçın 80-ci dəqiqəsində "Araz-Naxçıvan"ın hücumçusunun cərimə meydançasında qapıçı ilə toqquşaraq yıxılmasının penalti kimi dəyərləndirilməsinin səhv qərar olduğunu vurğulayıb.

"Kəpəz" - "Qəbələ" matçında isə bir epizodla bağlı hakim qərarı qaydalara uyğun olub.

Rəhim Həsənov Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib

44 filmi