"Real" müqaviləsinin müddətinin uzadılması ilə bağlı Arda Gülərlə razılığa gəlib

Futbol
  • 05 oktyabr, 2026
  • 17:45
Real müqaviləsinin müddətinin uzadılması ilə bağlı Arda Gülərlə razılığa gəlib

İspaniyanın "Real" klubu futbolçusu Arda Gülərin müqaviləsinin müddətini uzatmaqla bağlı razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər yeni sözləşmənin bütün detallarını razılaşdırıblar. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Xatırladaq ki, Madrid klubu Türkiyə millisinin üzvünü 2023-cü ildə "Fənərbağça"dan 28 milyon avroya alıb. 21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

44 - Tezliklə