"Real Madrid" "Çelsi"nin qapıçısını bir mövsümlük heyətinə qatıb
Futbol
- 12 avqust, 2023
- 18:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubu "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqanı bir mövsümlük heyətinə qatıb.
"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.
Məlumata görə, Kepa artıq "Çelsi"dəki komanda yoldaşları ilə vidalaşıb.
Arrisabalaqa 2018-ci ildən "Çelsi"nin oyunçusudur. Ötən mövsüm 39 matçda iştirak edib. Transferi 18 milyon avro qiymətləndirilir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, "Real" zədələnən əsas qapıçısı Tibo Kurtuanı uzun müddətə itirib. Klub rəhbərliyi təcili olaraq belçikalıya əvəzləyici axtarmağa başlayıb. Hazırda Kral klubunun əsas qapıçısı ukraynalı Andrey Lunindir.
Son xəbərlər
09:24
Demokratlar ABŞ Senatında çoxluq əldə ediblər və Palata üzərində nəzarətə yaxınlaşırlar - Yenilənib-3
Digər ölkələr
09:22
"LANDAU Lions" FIBA Avropa Kubokunda bu gün "Benfika" ilə qarşılaşacaq
Komanda
09:19
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili siyasət
09:13
UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol
09:10
Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
Daxili siyasət
09:07
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində beşinci oyununa çıxacaq
Komanda
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.11.2026)
Maliyyə
09:01
UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
Futbol
09:01
Azərbaycan neftinin qiyməti 113 dollara düşüb
Energetika