"Real"ın futbolçusu Ronaldunun göstəricisini üstələyib

Futbol
  • 08 oktyabr, 2023
  • 05:32
Realın futbolçusu Ronaldunun göstəricisini üstələyib

İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellingem Kriştianu Ronaldunun göstəricisini üstələyib.

"Report"un məlumatına görə, 20 yaşlı vinger buna "Osasuna"ya 4:0 hesabı ilə qalib gəldikləri La Liqanın IX turunun oyununda dubl etməklə nail olub.

İngiltərəli oyunçu "Kral klubu"nun heyətində meydana çıxdığı ilk 10 qarşılaşmada 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda Səudiyyə Ərəbistanında "Əl-Nəsr"in formasını geyinən Ronaldu 2009-cu ildə ilk 10 görüşdə 10 qol vurub və bir məhsuldar ötürmə vermişdi.

Qeyd edək ki, Cud Bellingem yayda Almaniyanın "Borussiya" (Dortmund) komandasından paytaxt təmsilçisinə keçib.

44 - Tezliklə