"Real Madrid"in futbolçusu cərimələnə bilər
Futbol
- 29 mart, 2021
- 11:22
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo karantin qaydalarını pozub.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi bu səbəbdən cərimələnə bilər.
Braziliyalı oyunçu instaqram səhifəsində Valensiyada ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.
Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılır. Məhdudiyyətlər iş və ya humanitar məqsədlər üçün olan səyahətlərə şamil edilmir. Eyni zamanda ictimai yerlərdə maska taxmaq hər kəs üçün məcburidir.
Son xəbərlər
15:23
"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Futbol15:23
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
İnfrastruktur15:22
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 330-u ötüb - YENİLƏNİB-4
Digər ölkələr15:22
Bakıda Tiflisə uçan sərnişində kokain aşkar edilib
Biznes15:21
Paşinyan güc strukturlarında informasiya sızmasının qarşısının alınmasını tapşırıb
Region15:11
Avropa İttifaqı və Qrenlandiya birgə bəyannamə imzalayacaq
Digər ölkələr15:08
Təhsil Tələbə Krediti Müqaviləsi "SİMA İmza" ilə tam rəqəmsal!
İKT14:54
Foto
Adil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyib
Daxili siyasət14:46