"Real Madrid"in əfsanəvi hücumçusu koronavirusa yoluxdu
Futbol
- 19 yanvar, 2021
- 17:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, hazırda "kral klubu"nun ikinci komandası olan "Kastilya"ya başçılıq edən veteran hücumçu karantinə alınıb.
44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.
Son xəbərlər
08:30
Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
Energetika08:27
Bakının iki rayonunda qaz olmayacaq
Energetika08:20
Husilərə yardım edən ABŞ Energetika Nazirliyinin əməkdaşı saxlanılıb
Digər ölkələr08:14
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:05
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib
Digər ölkələr07:33
ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək
Digər ölkələr07:01
Tramp: Demokratlar Konqresə aralıq seçkilərində qalib gəlsələr, mənə impiçment elan etməyə çalışacaqlar
Digər ölkələr06:42
ABŞ Prezidenti: Avropa ölkələri ciddi problemlərlə üzləşir
Digər ölkələr06:09