"Real Madrid" 17 yaşlı futbolçunu heyətinə qatıb
Futbol
- 11 yanvar, 2019
- 08:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu heyətinə yeni futbolçu cəlb edib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Malaqa"nın müdafiəçisi Xose Lopes Martineslə müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır.
17 yaşlı oyunçu müdafiənin mərkəzində və sol cinahında oynaya bilir. Futbolçunun meneceri İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın qardaşı Pere Qvardioladır. O, "Real Madrid"in İspaniya Kubokunda "Leqanes"i 3:0 hesabı ilə məğlub etdiyi oyunu stadiondan izləyib.
Qeyd edək ki, Xose Lopes Martines İspaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının da şərəfini qoruyur.
Son xəbərlər
21:13
Füzulidə Şəhər Günü münasibətilə ustad dərsləri keçirilib
Mədəniyyət siyasəti
21:00
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub
Futbol
20:50
Foto
Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib
Fərdi
20:44
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
Fərdi
20:31
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Region
20:21
Fransada etirazçılar Lill meriyasının binasını talan ediblər
Digər ölkələr
20:09
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
Region
19:50
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Region
19:39
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Daxili siyasət