"Real"ın ulduz futbolçusu La Liqa oyunundan əvvəl komandanın məşqini buraxıb

Futbol
  • 14 mart, 2025
  • 17:02
Realın ulduz futbolçusu La Liqa oyunundan əvvəl komandanın məşqini buraxıb

İspaniyanın "Real" klubunun ulduz futbolçusu Vinisius Junior "Vilyarreal"a qarşı keçirəcəkləri La Liqanın XXVIII turunun oyunundan əvvəl komanda ilə məşqdə iştirak etməyib.

"Report" xəbər verir ki, bu barədə yerli AS nəşri məlumat yayıb.

Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti braziliyalı oyunçunun daha çox istirahətə ehtiyacının olduğunu bildirib. Mütəxəssis vingerin yorğun olduğu üçün məşqi buraxdığını söyləyib.

Qeyd edək ki, "Vilyarreal" - "Real" görüşü martın 15-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

44 filmi