"Real" zədəli futbolçusu ilə müqavilə müddətini uzadıb
Futbol
- 06 oktyabr, 2024
- 12:27
İspaniyanın “Real” (Madrid) kollektivi müdafiəçisi Dani Karvahal ilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, Karvahal İspaniya çempionatının IX turunda "Vilyarreal"a qarşı matçın (2:0) ikinci hissəsinin əlavə vaxtında dizinin çarpaz bağını zədələyib. Müdafiəçi meydanı xərəkdə tərk edib.
32 yaşlı futbolçu 2013-cü ildən “Real”da çıxış edir. O, bu müddət ərzində 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Altı dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının və Superkubokunun qalibi olub.
Son xəbərlər
18:47
"Birliyin Gücü – 2026" təlimində növbəti tapşırıqlar yerinə yetirilib
Hərbi18:44
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Xarici siyasət18:38
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Digər ölkələr18:22
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
Region18:12
Foto
Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib
Daxili siyasət18:08
Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət18:00
Foto
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Fərdi17:54
Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
Region17:52