Rani Xedira Tunis millisindəki karyerasını başa vurduğunu açıqlayıb
- 12 sentyabr, 2026
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Union" klubunun yarımmüdafiəçisi Rani Xedira Tunis millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
"Report" "Die Welt" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu gənclərə yer vermək məqsədilə bu addımı atıb.
DÇ-2026-da da iştirak edən oyunçu gələcəyə baxmaq vaxtının gəlib çatdığını, Tunis millisində istedadlı gənclərə yol açmaq istədiyini bildirib.
İspaniyanın "Real" klubunun keçmiş yarımmüdafiəçisi Sami Xediranın kiçik qardaşı olan almaniyalı idmançı vətəndaşlığını dəyişmək qərarını bu ilin yazında qəbul edib. O, Almaniyanın gənclərdən ibarət yığmalarında çıxış edib.
Qeyd edək ki, R.Xedira DÇ-2026-dan əvvəl 3 yoldaşlıq matçında forma geyinib, həmçinin turnirin 3 qarşılaşmasında (151 dəqiqə) meydanda olub.