Ramos karyerasını "Real Madrid"də bitirmək istəyir
Futbol
- 17 noyabr, 2020
- 05:48
İspaniya "Real Madrid"inin kapitanı Serxio Ramos komandada qala bilər.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını "kral klubu"nda başa vurmaq istəyir.
İspaniyalı oyunçu Madrid təmsilçisi ilə 2021-ci ilin yayınadək olan müqaviləsinin müddətini daha 2 il uzatmaq niyyətindədir. Klubun prezidenti Florentino Peres isə ona 1+1 illik sözləşmə təklif edilməsinin tərəfdarıdır.
Daha əvvəl Fransanın PSJ, İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klublarının təcrübəli futbolçunun xidmətində maraqlı olduğu bildirilib.
Qeyd edək ki, cari mövsüm "Real Madrid"in heyətində 10 oyunda meydana çıxan Serxio Ramos 3 qol vurub.
Son xəbərlər
15:20
SOCAR ABŞ şirkəti ilə yeni investisiya imkanlarını müzakirə edib
Energetika15:13
Ekspert: "AIIF aqrobiznesdə dəyər zənciri və innovasiya imkanlarını önə çıxarır"
Biznes15:12
Ağcabədidə 8 kiloqram narkotik aşkarlanıb
Hadisə15:08
Ələt Azad İqtisadi Zonada məlumat mərkəzinin tikintisinə dair danışıqlar başa çatır
İnfrastruktur15:05
Foto
FAO nümayəndəsi Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olub
Biznes15:04
Mərkəzi Laboratoriyada yem analizlərinin aparılması üzərində işlər görülür
İnfrastruktur14:58
Foto
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edib
Daxili siyasət14:58
Foto
"Formula 2": Azərbaycan Qran-prisində kütləvi qəza olub, yarışda fasilə yaranıb - YENİLƏNİB
Formula 114:57