Ralf Ranqnik: "28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir"

Futbol
  • 17 iyun, 2026
  • 10:49
Ralf Ranqnik: 28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir

Avstriya yığması 28 ilik fasilədən sonra dünya çempionatına qələbə ilə başlayıb.

"Report" xəbər verir ki, bunu Avstriya milisinin baş məşqçisi Ralf Ranqnik DÇ-2026-nın J qrupunun İordaniyaya qarşı I turunun oyunundan (3:1) sonra mətbuat konfransında bildirib.

"Matçdan əvvəl də mətbuata demişdim ki, bu dünya çempionatında artıq bir çox sürprizlər görmüşük. İordaniya çox təhlükəli, qapanan və sürətli əks-hücumlar edən komandadır. Oyunçuların reaksiyasından razıyam. İkinci hissənin əvvəlində qapımızda qol görsək də, komanda intizamı itirmədi. Romano Şmidin fərdi keyfiyyəti və Marko Arnautoviçin son nöqtəni qoyması bizə vacib 3 xalı qazandırdı", - mütəxəssis vurğulayıb.

O, hədəfin qrupdan çıxmaq olduğunu sözlərinə əlavə edib:

"28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir. Lakin Argentina və Əlcəzair kimi rəqiblərin olduğu qrupda hələ heç nə bitməyib. İndi növbəti oyunlara fokuslanmalıyıq. Məqsəd qrupdan çıxmaqdır".

44 filmi