Rahil Məmmədovun yeni komandasının rəqibləri müəyyənləşib
Futbol
- 20 yanvar, 2024
- 06:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni komandası olan Polşa LKS-nin qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.
“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün Türkiyəyə yollanacaq Lodz təmsilçisi orada 4 sınaq matçı keçirəcək.
Pyotr Stokovieçin yetirmələri Qazaxıstanın “Atırau” (23 yanvar), Serbiyanın “Radniçki” (26 yanvar), Cənubi Koreyanın “Qanqvun” (30 yanvar) və Şimali Makedoniyanın “Struqa” (2 fevral) kollektivləri ilə qarşılaşacaqlar. “Qarabağ”dan LKS-ə keçən Rahil Məmmədovun bu gün komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, LKS Polşa Ekstraklasasında 18 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.
Son xəbərlər
00:07
Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd ediblər
Digər ölkələr
23:43
Foto
Oğruca kəndinin yaddaş izləri: Dağıdılmış kənd, qorunub saxlanılan qəbiristanlıq
Daxili siyasət
23:36
Tramp Stiven Milleri Ağ Evin Aparat rəhbəri təyin edib
Digər ölkələr
23:17
Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik
Region
23:00
FT: Avropada nəqliyyat vasitələri yeni hücumlarla hədələnib
Digər ölkələr
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət