Rahid Əmirquliyev: "Qarabağ" Çempionlar Liqasında istənilən rəqibə qarşı oyanaya bildiyini sübut edib"

Futbol
  • 05 noyabr, 2025
  • 16:41
Rahid Əmirquliyev: Qarabağ Çempionlar Liqasında istənilən rəqibə qarşı oyanaya bildiyini sübut edib

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində istənilən rəqibə qarşı oyanaya bildiyini sübut edib.

Bu barədə "Report"a "köhlən atlar"ın sabiq futbolçusu Rahid Əmirquliyev açıqlama verib.

O, Liqa mərhələsinin IV turunda bu gün baş tutacaq "Çelsi" ilə qarşılaşma haqqında danışıb:

"Qarabağ" üçün ağır oyun olacaq. Rəqib güclüdür, İngiltərə Premyer Liqasında çempionluğa oynayan komandalardan biridir. İngiltərə çempionatındakı 3-4 güclü kollektiv varsa, biri də "Çelsi"dir. İstənilən turnirdə qızıl medalları hədəfləyirlər. Rəqibi evdə qəbul etsə də, "Qarabağ" üçün çox ağır matç olacaq. Təmsilçimiz UEFA Çempionlar Liqasında çox yaxşı çıxış edir. Əvvəlki qarşılaşmalarda istənilən rəqibə qarşı oynaya bildiklərini sübut ediblər. Çox maraqlı görüş izləyəcəyik. Azərbaycan çempionu heç-heçə etsə, uğurlu nəticə sayılacaq. Biz də qələbə qazanmasını istəyirik".

R.Əmirquliyev səkkiz il əvvəlki matça da toxunub:

"Mən "Qarabağ"da çıxış edəndə də bu turnirin qrup mərhələsində London klubu ilə üz-üzə gəlmişdik. Böyük klubların Azərbaycana gəlməsi futbolsevərlər və ölkə futbolu üçün inkişafdır. 2017-ci ildə də "Çelsi" böyük ajotajla qarşılanmışdı".

Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti