Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 350-ci oyununu keçirib

Futbol
  • 20 avqust, 2018
  • 11:14
Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 350-ci oyununu keçirib

Bakı. 20 avqust. REPORT.AZ/ Hazırda "Səbail" klubunda çıxış edən futbolçu Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın II turuna təsadüf edib.

Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/2004 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur. Siyahıya hazırda "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi olan Mahmud Qurbanov rəhbərlik edir. Onun aktivində 421 oyun var. Əmirquliyevdən əvvəlki 7 oyunçunun hamısı karyerasını başa vurub. 

44 - Tezliklə