Radikal qruplaşmaya yardım edən futbolçu klubundan qovulub

Futbol
  • 27 yanvar, 2017
  • 05:47
Radikal qruplaşmaya yardım edən futbolçu klubundan qovulub

Bakı. 27 yanvar. REPORT.AZ/ Almaniyanın "Darmştadt" klubu futbolçusu Enis ibn Xatiranı komandadan uzaqlaşdırıb. "Report"un "Mirror"a istinadən verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin klubdan göndərilməsinə səbəb onun islamçı radikal qruplaşmaya yardım etməsidir.

Tunisli oyunçu Suriya, Əfqanıstan, Fələstin və Somalidə ekstremistlərə yardım üçün Almaniyada təşkil olunan "Ansaar International" dini təşkilatı ilə daimi əlaqədə olub. Almaniyada isə adıçəkilən qurumun fəaliyyətinə qadağa qoyulub.

Klub prezidenti Rudiger Fritç açıqlamasında futbolçunun bu təşkilatla əməkdaşlıq etməsini yanlış addım adlandırıb.