Qustavo Alfaro: "Fransa kimi rəqibə qarşı bir səhv matçın taleyini həll etdi"

Futbol
  • 05 iyul, 2026
  • 03:41
Qustavo Alfaro: Fransa kimi rəqibə qarşı bir səhv matçın taleyini həll etdi

Fransa kimi rəqibə qarşı bir səhv matçın taleyini həll etdi.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Paraqvay komandanın baş məşqçisi Qustavo Alfaro Fransaya qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları görüşü şərh edib:

"Komandamın mübarizəsindən razı qaldım. Futbolçularımız sonadək oyunda qaldılar və mübarizə apardılar. Lakin belə səviyyəli rəqibə qarşı kiçik bir səhv matçın taleyini həll etdi. Rəqibin heyətində Mbappe elə futbolçudur ki, ona görə bütün oyun planınızı dəyişməyə məcbur qalırsınız. Ona qarşı sadəcə müdafiə olunmursunuz, 90 dəqiqə ərzində onun harada olduğunu düşünmək məcburiyyətində qalırsınız".

Qeyd edək ki, Fransa millisi Paraqvayı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.