Qurban Qurbanov: Qarşımızda istəkli və dinamik rəqib var idi

Futbol
  • 02 iyun, 2024
  • 18:29
Qurban Qurbanov: Qarşımızda istəkli və dinamik rəqib var idi

Bu gün qarşımızda istəkli və dinamik rəqib var idi.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis maraqlı mövsümü geridə qoyduqlarını bildirib: "Kubokun finalında yaxşı oyun alındı. “Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Çox çalışdılar. Titullar qazanandan sonra oyunçularda istək azalır. Amma bunun olmaması üçün çalışacağıq”.

44 - Tezliklə