“Qızıl top” mükafatının qalibi bəlli olub
Futbol
- 28 oktyabr, 2024
- 21:45
“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.
“Report” xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.
İspaniyanın "Real" klubu mərasimi boykot etdiyi üçün tədbirdə iştirak etməyib.
İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-nin “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.
Bundan başqa, Madrid “Real”ının italiyalı baş məşqçisi Karlo Ançelotti ilin ən yaxşı baş məşqçisi seçilib. Argentina millisinin qolkiperi Emiliano Martines isə “Lev Yaşin” mükafatına layiq görülüb.
Son xəbərlər
06:21
Kolumbiya zəlzələnin fəsadları səbəbindən qəhvə ixracını dayandırıb
Digər ölkələr05:44
Husilər Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə zərbə endirib
Digər ölkələr05:14
Kolumbiyada zəlzələdən sonra beş hava limanı fəaliyyətini bərpa edib
Digər ölkələr04:35
KXDR-in atdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ətrafına düşüb
Digər ölkələr04:08
Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumuna görə fəaliyyətini dayandırıb
Region03:54
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
Digər ölkələr03:21
Bab əl-Məndəb boğazında gəmiyə zərbə nəticəsində ölənlərin sayı altıya çatıb – YENİLƏNİB
Digər ölkələr02:46
Video
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Digər ölkələr02:18