Qırğızıstan klubu azərbaycanlı futbolçunu heyətinə qatdığını açıqlayıb

Futbol
  • 02 iyul, 2025
  • 13:54
Qırğızıstan klubu azərbaycanlı futbolçunu heyətinə qatdığını açıqlayıb
Mirabdulla Abbasov

Qırğızıstanın “Abdış-Ata” komandası azərbaycanlı futbolçu Mirabdulla Abbasovu heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mirabdulla Abbasov son olaraq "Səbail"də çıxış edib. "Neftçi"nin yetirməsi olan 30 yaşlı hücumçu "Sumqayıt"ın da formasını geyinib.