Qətər millisinin futbolçusu: "Azərbaycanla matçın önəmini başa düşürük"
Futbol
- 14 noyabr, 2021
- 06:56
"Komandada ab-hava müsbətdir. Qarşıdakı matçın önəmini başa düşürük. Bu səbəbdən hər kəs lazımi səviyyədə çıxış etmək istəyir. Oyuna tam hazırıq".
"Report"un məlumatına görə, bu fikirləri Qətər millisinin futbolçusu Xalid Munir Bakıda Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq matçı barədə danışarkən deyib.
23 yaşlı müdafiəçi bildirib ki, 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak yığma üçün faydalı oldu: "Yüksək səviyyəli oyunçular və komandalarla qarşılaşmaq təcrübə baxımından bizim üçün əla fürsət idi. Belə matçların komandaya müsbət təsiri çox olduğundan meydana bütün gücümüzlə oynamağa çalışırıq".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Qətər oyunu saat 21:00-da başlayacaq.
Son xəbərlər
13:31
Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atıb
Fərdi13:30
Foto
"Formula 1": Corc Rassell Bakıdakı ilk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib - YENİLƏNİB
İdman13:19
"Birbaşa Bakı" Çempionlar Liqasında ikinci qələbəsini qazanıb
Futbol13:14
Azərbaycanın U-16 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb
Futbol13:11
"Formula 1" Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çatıb
Formula 113:06
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
Region13:06
Foto
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
İdman13:03
Foto
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Xarici siyasət13:01