Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib
- 09 sentyabr, 2022
- 14:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
"Report"un məlumatına görə, açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 10-a çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. Xalı olmayan "Kəpəz" isə sonuncudur.
Qeyd edək ki, turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da "Qəbələ" - "Neftçi" və "Səbail" - "Zirə", 1 gün sonra isə "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları baş tutacaq.