​"Qəbələ" uzun fasilədən sonra qələbə qazanıb - VİDEO

Futbol
  • 07 fevral, 2016
  • 16:39
​Qəbələ uzun fasilədən sonra qələbə qazanıb - VİDEO

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna yekun vurulub.

"Report" xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Bu tur "Qəbələ"nin uzun fasilədən sonra qələbə qazanması ilə yadda qalıb. Bölgə komandası Bakıda "İnter"i 1:0 hesabı ilə məğlub edib.

Digər qarşılaşma Gəncədə "Kəpəz"lə AZAL arasında baş tutub. Bu oyunda sevinən tərəf ev sahibləri olub.

Azərbaycan Premyer-Liqası, XX tur

"İnter" - "Qəbələ" - 0-1

Qol: Ermin Zets, 18 [0-1]

"Kəpəz" - AZAL - 2-0

Qollar: Budaq Nəsirov, 27 [1-0], Julien Ebah, 86 [2-0].

​"Qəbələ" uzun fasilədən sonra qələbə qazanıb - VİDEO
​"Qəbələ" uzun fasilədən sonra qələbə qazanıb - VİDEO

44 - Tezliklə