"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək
Futbol
- 27 dekabr, 2021
- 09:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək.
Elmar Baxşıyevin baş məşqçi olduğu komanda bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışında yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.
“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” hotelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək.
Komandanın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.
Son xəbərlər
08:19
Bakının 15 istiqamətində tıxac müşahidə olunur
İnfrastruktur
08:13
Yaponiyada mobil rabitənin işində kəsinti baş verib
Digər ölkələr
07:53
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
İKT
07:46
"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
Komanda
07:14
Pezeşkian Türkiyəyə yola düşüb
Region
07:06
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
Digər ölkələr
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region
06:19
"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
Sağlamlıq
05:55
NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb
Digər ölkələr