“Qəbələ” son dəqiqələrdə “Səbail”ə məğlubiyyətdən xilas olub - VİDEO
Futbol
- 15 aprel, 2018
- 15:03
Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
“Report” xəbər verir ki, Qəbələdə şəhərin eyniadlı təmsilçisi ilə “Səbail” üz-üzə gəlib.
Matçda hesabı qonaqlar açıb. Paytaxt təmsilçisinin heyətində 55-ci dəqiqədə Fəhmin Muradbəyli fərqlənib. Lakin meydan sahibləri 82-ci dəqiqədə Famussa Konenin qolu ilə yekun nəticəni müəyyənləşdiriblər – 1:1.
Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeləri dəyişməz qalıb. “Qəbələ” 42 xalla 2-ci, “Səbail” isə 19 xalla 6-cı pillədədir.
İlk oyun günündə “Qarabağ” “Kəpəz”i bir cavabsız qolla məğlub edib. XXIII tura hazırda davam edən “Sumqayıt” – “Keşlə” və 19:00-da start götürəcək “Zirə” – “Neftçi” matçları ilə yekun vurulacaq.
“Qəbələ” son dəqiqələrdə “Səbail”ə məğlubiyyətdən xilas olub - VİDEO
Son xəbərlər
14:29
Azərbaycanda icbari sığorta bazarı 17 %-dən çox kiçilib
Maliyyə14:28
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Hadisə14:18
Finlandiya İsraillə hərbi əməkdaşlıq haqqında gizli saziş imzalayıb
Digər ölkələr14:12
Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb
Maliyyə14:03
Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb
Biznes14:02
"Turan" voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb
Komanda13:55
Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr13:41
Ötən gün borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılıb
Hadisə13:33