"Qəbələ" Seydina Keyta ilə müqaviləyə xitam verib

Futbol
  • 06 iyul, 2026
  • 16:47
Qəbələ Seydina Keyta ilə müqaviləyə xitam verib

"Qəbələ" futbolçu Seydina Keyta ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Oyunçu ilə bu il iyunun 21-də bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.