​"Qəbələ" - "Samtredia" oyununun biletləri satışa çıxarılıb

Futbol
  • 27 iyun, 2016
  • 15:16
​Qəbələ - Samtredia oyununun biletləri satışa çıxarılıb

Bakı. 27 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb.

"Report"un məlumatına görə, biletləri bu gündən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından əldə etmək mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyunun 30-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.