“Qəbələ” - “Qarabağ” matçı FIFA referisinə tapşırılıb
- 15 oktyabr, 2019
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi matçı hesab olunan “Qəbələ” – “Qarabağ” duelini FIFA referisi Əliyar Ağayev idarə edəcək.
19 oktyabr (şənbə)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:15. “Keşlə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”
20 oktyabr (bazar)
17:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov. Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”
19:30. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”,
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.