"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
Futbol
- 16 sentyabr, 2026
- 12:54
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb.
"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb.
44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə "Drita", "Qostivar", "Renova", "Struqa" (hamısı Şimali Makedoniya) və "Bilis" (Albaniya) klublarının baş məşqçisi, "Əl-Cabalayn"ın (Səudiyyə Ərəbistanı) isə idman direktoru işləyib.
Y.Bekiri 2024/2025 mövsümündə "Şkendiya" ilə Şimali Makedoniya çempionu olub. O, "Qəbələ"də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.
Son xəbərlər
22:13
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Digər ölkələr22:10
Vuçiç: Görünür, prezidentlikdən baş nazirə keçmək hamıya olar, yalnız mənə yox
Digər ölkələr22:06
Abbas Əraqçi: İran ABŞ ilə diplomatik əlaqələrə ümid edir
Region21:46
Tramp: Daim İrana hücumları bərpa etməyi düşünürəm
Digər ölkələr21:26
Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var
Region21:11
Foto
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət20:59
Foto
Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
Hərbi20:47
Foto
Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib
Hərbi20:33
Foto